Qənimət Zahid – erməni məliklərinin sevimli nökəri ANALITIK + FAKT
Və ya “Azərbaycan saatı”nın “əqrəbləri” düşmənin növbəti projesi kontekstində
Fransada “Azərbaycan saatı” adı altında dağıdıcı və anti-dövlətçi müxalifətin xəyanətkar siyasətini təbliğ edən Qənimət Zahidin daha öncələr də erməni lobbisinin pulları hesabına təlimatlandırılması barədə kifayət qədər yazılıb və deyilib. Əbəs deyil ki, Q.Zahid anti-Azərbaycan dairələrində erməni məliklərinin sevimli nökəri kimi tanınmaqdadır. Bu barədə faktlar, sübutlar necə deyərlər, “N” qədərdir. Belə ki, Q.Zahidin siyasi mühacir biznesinindən tutmuş digər məkrli əməllərinə qədər bir sıra danılmaz faktları xatırlada bilərik.
Azərbaycanlılara saxta vizaları kim verib?
Misal üçün, hələ 2017-ci ildə məlum olmuşdu ki, hazırda törətdiyi bəlli cinnayətlərinə görə həbsə olan Əfqan Muxtarlı o zamanlar Latviyanın paytaxtı Riqa şəhərində məskunlaşmış Fikrət Hüseynli və Q.Zahidin yaxın adamı kimi tanınan Vüqar Rəşidovla birgə dörd nəfər Azərbaycan vətəndaşlarına Polşa vizası almaq üçün onlardan 6 min avro pul alıblar. Bu yolla viza əldə edən azərbaycanlılar Avropaya uçmaq üçün Gürcüstanın Kutaisi hava limanına gediblər və yoxlanılma zamanı, bəlli olub ki, onlara verilmiş vizalar saxtadır. Nəticədə, gürcü polisi pasportlarında saxta viza vurulan azərbaycanlıları məhkəməyə verib və Gürcüstan məhkəməsi buna görə onların hər birinə 6 min lari cərimə kəsib.
Beləliklə, bu hadisənin ardınca ifşa olunduqlarını görən cinayətkar qrupda çaxnaşma yaşanıb. Q.Zahidin adamlarından olan Nigar Əhmədbəyova Ə.Muxtarlının səhifəsində V.Rəşidovu müdafiə etməyə cəhd göstərsə də, bu addım uğursuz alınıb və sözügedən məsələ mühacir biznesi ilə məşğul olan Q.Zahidi ciddi narahat etməyə başlayıb.
Armen Karapetyan bu şəbəkənin yaxın dostudur
Yeri gəlmişkən, mühacir biznesində adı hallanan və Q.Zahidlə əlbir olan Ə.Muxtarlının daha öncələr ermənilərlə işbirliyini sübuta yetirən faktlar da mövcuddur. Buna sübut kimi onun Britaniya Hərb və Sülh İcmalları Təşkilatına məxsus olan iwpr.net saytında Armen Karapetyan adlı erməni jurnalistlə müşətərək məqalə yazmasını göstərə bilərik. Təbii ki, Ə.Muxtarlı ilə sıx bağlılığı olmuş Q.Zahidin də bu kimi məsələlərdə erməni daydayları ilə iş birliyi öz təsdiqini tapır.
Əbəs deyil ki, hər gün sosial şəbəkələrdə canlı yayıma çıxan Q.Zahid hətta erməni mediasından daha kəskin şəkildə Azərbaycan dövlətinə qarşı düşmənçilik mövqeyini ortaya qoymaqdadır. Düzdür, o iddia edir ki, mübarizəsini Azərbaycan iqtidarı ilə aparır, lakin onun bu iddiasını elə ermənilərlə iş birliyi dəlilləri alt-üst edir. Azərbaycan dövlətinin əleyhinə, Ermənistanın isə lehinə fikirlər səsləndirən Q.Zahid əlində ona verilən bütün imkanlardan maksimum istifadə edir. Yəni Q.Zahid, bayaq da qeyd edildiyi kimi, erməni məliklərinin sevimli nökərinə çevrilib.
Cəbhəyanı ərazilərini “sərhədyanı” olaraq təqdim elə və al qrantları erməni ağalarından nə qədər istəyirsən!
Biz, bunu sübut etmək üçün daha bir faktı izləyicilərimizin diqqətinə çatdıra bilərik. Bəlli projesi ilə dövlət və xalq maraqlarına qarşı düşmən kəsilən özü kimi ünsürləri “Azərbaycan saatı”na dəvət edib, erməni lobbisinin tezislərinə uyğun fikirlərin səsləndirilməsi də qeyd edilən sübutlar içindədir. Bir daha sual oluna bilər ki, Qənimət Zahid necə, hansı üsulla ermənilərə işləyir? Məsələn xatırlada bilərik ki, verlişlərinin birində Q.Zahid Azərbaycanın cəbhəyanı Tərtər rayonunu “sərhədyanı ərazi” olaraq təqdim edib. Maraqlısı da budur ki, uzun illər “Azadlıq” qəzetinə baş redaktorluq eləmiş birinin bilərəkdən Tərtər rayonunu “sərhədyanı” adlandırması artıq onun bütün kartlarını açığa çıxarmış olur. Beləliklə, Azərbaycanın cəbhəyanı ərazilərini “sərhədyanı” olaraq təqdim elə, bu vasitə ilə “DQR”-i “ərazi vahidi” kimi sətiraltı şəkildə ictimailəşdir və al qrantları erməni ağalarından nə qədər istəyirsən!
Yəni bu fakt sübut edir ki, Q.Zahid ermənilərin ona verdiyi tezisləri əsasında yeni projesini həyata keçirir. Həmin projenin təlimatçılarından biri isə nə qədər təəccüblü görünməsə də, “Sülh və Demokratiya İnstitunun” rəhbəri Leyla Yunusdur. Əgər onu da xatırlasaq ki, L.Yunus dəfələrlə Azərbaycanın milli dövlətçilik maraqlarını erməni maraqlarına satıb, bu zaman nəyin-nə olduğunu nəticələndirmək çətin deyil.
Fakt isə budur ki, bu gün “xalqım”, “millətim” bağırıb, mitinqlər, inqilablar, qiyam və xaoslar tələb edən dağıdıcı müxalifətin tərkib hissəsi sayılan ünsürlər reallıqda birbaşa düşmən qoltuğuna sığınıblar və nə zamansa, bütün bunlara görə mütləq, amma mütləq cavab verməli olacaqlar – Əlahəzrət Azərbaycan xalqı və qanunları qarşısında. Buna isə, kimsənin şübəhsi olmamalıdır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB