"Əli Kərimli özünü “fenomen” hesab edir" ÖZƏL-MÜNASİBƏT

"Əli Kərimli özünü “fenomen” hesab edir" ÖZƏL-MÜNASİBƏT

Son zamanlar AXCP sədri Əli Kərimli özünü “fenomen” hesab edir. Bütün bunlar sadəcə olaraq Əli Kərimlinin yatıb yuxuda görmək istədikləridir". Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, Əli Kərimli Sevinc Osmanqızı ilə bir yerdə oturub bir-birlərini tərifləməklə məşğuldurlar və hakimiyyətin ünvanına sərsəm fikirlər səsləndirməklə özlərinə haqq qazandırmağa çalışırlar: "Təbii ki, bunlar hamısı onun xülyasıdır. Otaqda oturub “youtube” kanalı vasitəsilə təkbaşına və yaxud Sevinc Osmanqızı ilə təkbətək danışmaq bunlar üçün böyük “qəhrəmanlıq” sayılır. Əli Kərimlini Azərbaycan xalqı və bütün ictimaiyyət də çox yaxşı tanıyır. Əgər Əli Kərimli 1990-cı illərdə elə “qəhrəman” və “vətənpərvər” idisə, hakimiyyətdə olduğu müddətdə torpaqlarımız işğal olundu, Azərbaycan parçalanmaq astanasında idi və iqtisadiyyat tamamilə çökmüşdü. Azərbaycan ən ağır günlərini keçirirdi. Əli Kərimli bu işlərin bilavasitə təşkilatçılarından biri olub. Bu mənada AXCP sədrinin “youtube” kanalında çıxış etməsi və özü-özünü “fenomen” hesab etməsi onun hələ də nə qədər siyasətdən uzaq olduğunu, dünyagörüşünün az olduğunu, insanları aldatmağa çalışdığını bir daha büruzə verir. Ermənistan baş naziri Nikol Paşinyanın 5 avqust bəyanatından sonra elə Əli Kərimli də eyni vaxtda çıxaraq hakimiyyətin ünvanına qərəzli fikirlər səsləndirir. Bunlar hamısı erməni lobbisi tərəfindən icra olunur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə