“Dünya yeniləşsə də, Əli Kərimlinin psixologiyası və təfəkkürü dəyişməyib” RƏY-ÖZƏL

“Dünya yeniləşsə də, Əli Kərimlinin psixologiyası və təfəkkürü dəyişməyib” RƏY-ÖZƏL

"25 ildir radikal müxalifətin Azərbaycanda keçirdiyi mitinq və etiraz aksiyaların onlara utanc gətirdiyi göz qabağındadır". Bunu SİA-ya açıqlamasında ADİİM-in sədri, Avrasiya İA-nın baş redaktoru Cavid Şahverdiyev deyib.

Onun sözlərinə görə, iş o yerə çatıb ki, hər mitinqdə biabırçılıq və rüsvayçılıqla üzləşən radikal müxalifət düşərgəsinin “liderlər”i elə vaxtilə onlarla bir sırada addımlayan, bu gün Azərbaycandan qaçıb Avropaya sığınan qüvvələr tərəfindən də gülüş hədəfinə çevriliblər: "25 ildir bu insanlar ictimaiyyətin, hərdən də qrant aldıqları Avropanın qınaq, gülüş obyektinə çevriliblər. Artıq onlarda abır, həya da qalmayıb. Az da olsa qalsaydı, abırlarına bükülüb utandıqlarından kənara çəkilərdilər, danışmazdılar. Mitinq eyforiyasına qapılan Əli Kərimli utanmadan yenidən mitinq keçirmək istəyindədir. Əli ABŞ-da, Avropada olan ermənipərəst qüvvələrin ətəyində olan Kərimli bir yandan həmkarı Osmanqızının “sahibi”olduğu internet televiziyası kanalında keçirdikləri mitinqlərin nəticəsi olmadığını etiraf edir, digər tərəfdən isə yenidən mitinq keçirmək istəyini dilə gətirir. Nədən radikalların keçirdikləri mitinqlərin nəticəsi olmur? Nədən xalq onların arxasınca getmir, ideyalarını, təkliflərini, sözlərini tutmur? Bu 25 ildə azından 25 min dəfə mitinq, aksiyalar keçiriblər, hər biri də rüsvayçılıqla nəticələnib. Keçirdikləri və ya təxribat xarakterli keçirmək istədikləri aksiyaların heç biri Əli Kərimli və onun ətrafını xalqa bir addım belə yaxınlaşdırmadı, əksinə daha da uzaqlaşdırdı. Radikalların keçirdikləri hər bir aksiyanın təhlükəsizliyi hakimiyyət tərəfindən qorunur. Onlara yer, tribuna verilir, insanların mitinqdə sərbəst və maneəsiz iştirakına şərait yaradılır. Avropa və Ə.Kərimli kimi insanlar qəbul etməsələr də, bu, Azərbaycanda söz azadlığının və fikir prülarizminin qorunduğunun göstəricisidir. Mitinqlərin rüsvayçılıqla, biabırçılıqla nəticələndiyinin günahını başqa yerdə axtarmaq lazım deyil. Dünya yeniləşir, dəyişir, bütün sahələrdə islahatlar aparılır, inkişaf gedir, günün reallığına uyğun addımlar atılır, amma Ə. Kərimlinin psixologiyası və təfəkkürü dəyişməyib, ötən əsrin 90-cı illərdə necə idisə, bu gün də elə qalıb. 25 ildir yerində addımlayır, tənqid edilir, qınanılır, söyülür, gülüş hədəfinə çevrilir, ağır və kəskin formada ittihamlanır, hər gün ölüb, dirilir... Öz siyasi ambisiyalarının girovuna çevrilən, orada boğulan Ə.Kərimli üçün milli məfkura anlayışı yoxdur. Onun keçirdiyi və bundan sonra keçirmək istədiyi mitinqlərdə əsas məqsəd Azərbaycan hakimiyyətini tənqid etmək və insanları dövlət və dövlətçiliyimizə qarşı qaldırmağa səsləməkdir. Uzağa getməyək, bu şəxs Xocalı soyqırımının 27-ci ildönümü günündə bir daha öz xislətini ortaya qoydu. 20 Yanvar - Ümumxalq Hüzn Günündə olduğu kimi, bu dəfə də o, ümumxalq yürüşünün iştirakçılarına qoşulmadan özünün cızdığı marşrut üzrə 5-10 nəfərlə Xocalı abidəsinə doğru hərəkət etməyə cəhd etdi. Sosial şəbəkələrdə, Avropada, okeanın o tayında əlləri ermənipərəst qüvvələrin ətəklərində olan radikalların “sahibi” olduqları mediada vətəndən, xalqdan, dövlətdən danışsalar da, əməllərində yalnız şəxsi ambisiyalara xidmət görünür. Hər yetişən ildə “X” gününü gözləyən Ə.Kərimli 300-500 adamı başına yığaraq mitinq keçirməklə Avropadan aldığı, “siyasi mühacir” alverindən qazandığı pulla kef çəkir. O qazanır - ermənipərəst qüvvələrin, anti-Azərbaycan mövqeli tərəflərin mükafatını. Aldanılanlar, uduzanlar isə mitinqə gələn, Kərimlinin siyasi ambisiyalarının girovuna çevrilən qurbanlar olur".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə