“Əli Kərimli reallığı başa düşübsə, deməli ağıllanmaq istəyir” RƏY-ÖZƏL
“Nəhayət ki, adları çəkilən şəxslər başa düşüblər ki, kütləvilik olmayan yerdə insan istədiyinə nail ola bilmir”. Bunu SİA-ya açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun bildirdiyinə görə, zorla, müxtəlif yollarla müəyyən qədər insanlar toplamaqla nəyə isə nail olmaq mümkün deyil: “Yəqin ki, Ə.Kərimli bu reallığı başa düşübsə, deməli ağıllanaq istəyir. Yəni əgər onların keçirdikləri bu mitinqlərin heç bir nəticəsi olmursa, ona nə ehtiyac var? Anormal xarakter daşıyan mitinqlərin keçirilməsinə ehtiyac yoxdur. Yəqin ki, kütləvilik olmayan mitinqlərin onların imicinə mənfi təsir göstərdiyinin fərqindədirlər. Gec də olsa bunu başa düşüblər. Hesab edirəm ki, müəyyən müddət bunlar mitinq keçirilməsinə ara verəcəklər. Xalq ətrafda nələr baş verdiyini gözəl anlayır və belə nəticəsiz mitinqlərin nəyə gətirib çıxaracağını dərk edirlər. Xarici qüvvələr görür ki, maliyyələşmə onların istədiyi nəticəyə gətirib çıxarmır. Çünki xaricidə müəyyən qüvvələr var ki, Azərbaycanda ictimai siyasi vəziyyətin gərginləşməsində maraqlıdırlar və bunun üçün də Ə.Kərimli kimi partiya sədrlini maliyyələşdirlər. Böyük dövlətlər kiçik dövlətlərin müstəqil siyasət aparmasını qəbul etmirlər. Azərbaycan dövləti də müstəqil siyasət yeritdiyindən xaricidə olan müəyyən qüvvələri narahat edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB