Mətyu Brayzə: "Prezident Obamanın məni səfir postuna təyin etməsi onun ABŞ-Azərbaycan əlaqələrinə böyük önəm verdiyini göstərir" - MÜNASİBƏT
Prezident Obamanın məni səfir postuna təyin etməsi onun ABŞ-Azərbaycan əlaqələrinə böyük önəm verdiyini göstərir. SİA-nın verdiyi məlumata görə, bu sözləri Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzə fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib.
Brayzə qeyd edib ki, Bakıya gəlməzdən əvvəl ABŞ Prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton ona iki ölkə arasında əlaqələrin, dostluğun və tərəfdaşlığın çox vacib olduğunu bildiriblər.
ABŞ diplomatı deyib ki, Prezident Obamanın təlimatlarına əsasən iki ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın daha da gücləndirilməsi üçün əlindən gələni edəcəkdir.
Brayzə vurğulayıb ki, ABŞ-la Azərbaycanı yaxınlaşdıran bir sıra çox geniş və dərin strateji maraqlar vardır. Bundan əvvəl də mən söyləmişdim ki, təhlükəsizlik, enerji və daxili islahatlar ölkələrimizin ortaq maraqlarıdır.
Səfir əlavə edib ki, heç bir məsələ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar və sülh yolu ilə nizamlanması üçün Minsk qrupuna yardım göstərməkdən vacib deyildir.
Mən ATƏT-in Minsk qrupunun, o cümlədən ABŞ-dan olan həmsədr, səfir Robert Bradtkenin səylərini dəstəkləmək üçün əlimdən gələn hər şeyi edəcəyəm. Məqsədimiz münaqişənin ədalətli və uzunmüddətli həlli üçün tərəflərə yardım göstərməkdir. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, danışıqlar vasitəsilə nizamlanması bütün region üçün yaxşı olacaqdır. Bu, regionda sülh və əmin-amanlığı gücləndirəcək və bölgənin strateji əhəmiyyətini daha da artıracaqdır.
Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə oynadığı rola toxunan səfir deyib ki, ABŞ hökuməti terrorizmlə mübarizədə davam edən əməkdaşlığına, xüsusilə Əfqanıstanda sülh yaradılması işinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkürünü bildirir.
Enerji sahəsində əməkdaşlıq məsələlərindən danışan səfir bildirib ki, ölkələr və şirkətlər Cənub dəhlizi ilə bağlı danışıqlar prosesində ciddi mərhələyə qədəm qoymuşlar. O deyib ki, bu layihə Azərbaycanı Avropaya daha dərindən bağlayacaq və Avropaya isə təbii qaz təchizatını şaxələndirməyə imkan verəcəkdir. ABŞ hökuməti bu layihəyə dəstək verməkdə maraqlıdır.
Diplomat Azərbaycanda davam edən demokratiya və bazar iqtisadiyyatı ilə bağlı islahatları yüksək qiymətləndirib. O deyib ki, Birləşmiş Ştatlar Azərbaycanda son zamanlar korrupsiya əleyhinə olan təşəbbüsləri alqışlayır.
Sonda səfir Mətyu Brayzə jurnalistlərin suallarını cavablandırmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB