Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzənin etimadnaməsini qəbul edib.
SİA-nın xəbərinə görə, səfir Mətyu Brayzə fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Mətyu Brayzə etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı səfiri yeni təyinatı münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB