İran qanunvericiləri müxalifət liderlərinin edamını tələb edir

İran qanunvericiləri müxalifət liderlərinin edamını tələb edir

İran qanunvericiləri dünən İranın bəzi şəhərlərində hökumət əleyhinə yürüşlər təşkil etdiyinə görə, müxalifət liderlərinin ölüm hökmünə məhkum olunmasını tələb edirlər.

SİA-nın xəbərinə görə, mühafizəkar qanunvericilər bildirib ki, müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi cəzası edam olan xəyanatkarlıqda ittiham olunmalıdır. İranın dövlət mediasının verdiyi məlumata görə, 220 qanunverici müxalifət liderlərinin ittiham olunmasına çağıran bəyanat açıqlayıb.

Dövlət televiziyası qanunvericilərin "Kərrubiyə ölüm", "Musəviyə ölüm" şüarları səsləndirdiyi video nümayiş etdirib. Bəzi müxalif veb saytlar polis rəisinin müavini Əhməd Rza Radana istinadən bildirib ki, ən azı 150 nəfər nəzarət altına alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə