Məlahət İbrahimqızı: “Azərbaycanı hər hansı terrora riskli bir ölkə kimi dəyərləndirmək qeyri-mümkündür”- AÇIQLAMA
"ABŞ-ın Azərbaycanda yaşayan vətəndaşlarına burada baş verə biləcək terrorla bağlı xəbərdarlıq etməsini yenicə bilmişəm və bu məsələyə təəssüf hissi ilə yanaşıram". Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.
O bildirib ki, Azərbaycan dövləti hər zaman əmin- amanlıqla yaşayan və ictimai- siyasi mühiti olan bir ölkədir: "Azərbaycanı hər hansı terrora riskli bir ölkə kimi dəyərləndirmək qeyri-mümkündür. Baxmayaraq ki, bir neçə il öncə ağır terror hadisəsi yaşamışıq. Ancaq Azərbaycanda müstəqillik qazanandan bu günə qədər baş vermiş bir sıra terrorların baiskarı bizim torpaqlarımızı işğal etmiş ermənilərdir".
"ABŞ-ın bəyan etdiyi belə bir xəbərdarlığının mətbuata ötürülməsi qeyri- məsuliyyətsizlikdən xəbər verir. Azərbaycan bu gün regionda, eləcə də MDB məkanında ən sakit və rahat bir ölkə kimi tanınıb. Bu məsələ ilə bağlı Amerika mütləq öz açıqlamasını verməlidir. Bu informasiyanın haradan və nədən qaynaqlandığını bilmək lazımdır. Çünki ABŞ dünyanın hər yerində baş verən ən xırda hadisədən belə xəbərdardır. Hesab edirəm ki, istənilən halda Azərbaycanın imicinə qarşı ABŞ-ın yaydığı bu informasiyanın arxasında ölkəmizi sevməyən qüvvələr durur",- deyə millət vəkili əlavə edib.
Bununla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərinə münasibət bildirən M. İbrahimqızı onu da qeyd edib ki, bu günə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi məsələsində, Qarabağ probleminin həll olunmasında bilavasitə rol oynayırlar: "20 ilə yaxın fəaliyyətləri dövründə ikili siyasət aparan bir qurum kimi tanınırlar. Onların ikili fəaliyyətləri hər zaman Azərbaycan siyasətçilərinin tənqidinə tuş gəlib. Hesab edirəm ki, bu qurum onların əsas vəzifəsi olan işğal edilən torpaqları geri qaytarmaq işini layiqincə yerinə yetirməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə