15 ildə 15 min kilometr ÖZƏL-MÜNASİBƏT

15 ildə 15 min kilometr ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərinin birində ölkəmizdə infrastrukturun daha yüksək səviyyədə qurulması və onun inkişaf etdirilməsi xətti təşkil edir". Bunu SİA-ya millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, dövlət başçısı 2003-cü ildən Prezidentlik fəaliyyətinə başlayandan dərhal sonra məhz bu istiqamətdə həlledici addımlar atmağa başladı. Həmin addımların içərisində yol infrastrukturunun yenidən qurulması və inkişafına xüsusi önəm verildi. Çünki, yol bir mədəniyyətdir. Hər bir ölkədə yolların səviyyəsinə baxdıqda həmin ölkənin ümumi inkişaf səviyyəsi haqqında artıq fikir yürütmək mümkündür. Məhz bu məqsədlə də cənab Prezident İlham Əliyev yol infrastrukturunun inkişafı ilə bağlı mühüm qərarlar verməyə başladı və bu istiqamətdə çox ciddi işlərin əsasını qoydu. Təbii ki, nəticələr də göz önündədir.

Son 15-16 il ərzində ölkəmizdə 15 min kilometrdən çox yollar çəkilib və magistrallar yenidən qurulub. Biz eyni zamanda onun da şahidiyik ki, artıq kəndarası yolların yenidən qurulması gündəmə gəlib. Regionların Sosial İqtisadi İnkişafı ilə bağlı yeni Dövlət Proqramında artıq kəndarası, kənddaxili yolların da yenidən qurulması və yenidən çəkilməsi məsələləri önəm kəsb edir. Bu baxımdan hesab edirəm ki, son 15 il ərzində 15 min kilometr yolun çəkilməsi çox möhtəşəm bir nəticədir. Müqayisə üçün qeyd edim ki, Qazaxıstanda 1991-ci ildən indiyədək təxminən 12 min kilometr yol çəkilib. Bu müqayisənin özü çox mətləbləri özündə ehtiva edir. Azərbaycan Prezidentinin atdığı bu addımlar nəticə etibarilə əhalinin xüsusilə kənd, rayon əhalisinin sosial rifahının yüksədilməsinə xidmət edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə