"İşğal zonasında heç bir iş görülə bilməz" ÖZƏL-MÜNASİBƏT

"İşğal zonasında heç bir iş görülə bilməz" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə heç bir infrastrukdan söhbət gedə bilməz deməsi beynəxalq hüquqa hesablanıb". Bunu SİA-ya politoloq Məhərrəm Zülfüqarlı deyib.

Politoloqun sözlərinə görə, beynəxalq hüququn tələblərinə görə işğal zonasında heç bir iş görülə bilməz: "Ona görə də ora investisiya qoyulan kimi Azərbaycan XİN dərhal nota verir və işğalçı ölkəni bu işlərdən çəkindirməyə çalışır. Sadəcə olaraq dünyada gedən proseslər onu göstərir ki, böyük dövlətlərin bilavasitə müdafiə etdiyi müəyyən separatçı qruplar var ki, onların yaratdığı şəraitlə bunlar hərəkət edirlər. Məsələn, biz qeyri-qanuni şəraitdə uçuş həyata keçirən təyyarəni vursaq aləm bir-birinə qarışar. Amma belə bir hal olarsa, biz qanunla onu vura bilərik. Eləcə d. “Keşikçidağ” məbədinə basqın olunanda bizim sərhədçilərimiz atəş açaraq onlara xəbərdarlıq etdikdən sonra hətta öldürə də bilərdilər. Çünki onlar bizim sərhəddi pozurdular. Amma biz bunu etmirik. Deməli, Azərbaycan tərəfi burada təmkinlik nümayiş etdirir və beynəlxalq qanunun tələblərinə uyğun hərəkət edir. Lakin görünür ki, kimlərəsə bu lazımdır. Kimlərsə bununla bizi qıcıqlandırmaq istəyir. O hərəkətlərdə Azərbaycanı qıcıqlandırmaq ölkəmizi hansısa radikal addımlar atmağa sövq edir. Biz qanunlar çərçivəsində öz etirazlarımızı bildiririk. Amma bunun da bir həddi olmalıdır. Biz güzəştə getikcə və təmkinlik nümayiş etdirdikcə onlar da daha çox azğınlaşırlar".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə