“2000-ci ilin əvvəllərindən ABŞ-İran münasibətlərində gərginlik sezilməyə başladı. Hətta o zamanlar ABŞ-ın İrana hücum edəcəyi haqqında fikirlər dolaşırdı. Yenidən Respublikaçılar Partiyasından Donald Trampın hakimiyyətə gəlməsindən sonra ikitərəfli münasibətlərdə gərginlik görünür”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O vurğulayıb ki, ABŞ-İran münasibətlərinin gərginləşməsi, eyni zamanda İsraillə də birbaşa bağlıdır: “Çünki İsrailin milli maraqlarına Yaxın Şərqdə bəzi çağırışlar və təhdidlər vardı. Bu yaxınlarda ABŞ Səudiyyə Ərəbistanında da hərbi bazanın yerləşdirməsi haqqında razılıq alıb. Beləliklə, İran ətrafında şimal hissəni çıxmaq şərtilə ABŞ bazalarının mövcudluğunu görə bilərik. Bütün bu amillər İrana qarşı təzyiq formasıdır. Bu, istər siyasi yaxud iqtisadi, istərsə də hərbi müstəvidə davam edən təzyiqdir”.
ABŞ-ın İrana hücum qərarı ilə bağlı danışan politoloq əlavə edib ki, əgər ABŞ istəsə çoxdan İrana hücum edərdi: “Bu gün dünyada müharibələr birbaşa deyil, dolayısı yolla digər zəif ölkələrin ərazilərində baş verir. Rusiya-ABŞ arasında olan qarşıdurma da buna nümunədir. Lakin İran da tək deyil. Ola bilər ki, son zamanlar Rusiya və Çin rəsmi şəkildə İranla bağlı fikirlərini bəyan etmirlər. Amma Qərbdə bəzi qüvvələr var ki, onlar İranın dövlət kimi zəifləməsində maraqlı deyillər. çünki İran Yaxın Şərqdə tarazlaşdırma siyasətinə qol qoyan və yardım edən ölkələrdəndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB