Daşnaktsütun yeni bir siyasi dövrə qədəm qoymaq arzusundadır. SİA Ermənistana məxsus aysor.am saytında yaymlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Fakt” qəzetinə mənbələrindən xəbər verilib.
Mənbəyə görə, Ermənistan İnqilabi Federasiyası, Daşnaktsutyun, aktiv siyasi məsləhətləşmələrin növbəti turunda əyalətlərdə geniş ictimai müzakirələrə hazırlaşır. Beləki, ekspert seqmentinin nümayəndələri və xüsusi sektorun mütəxəssisləri, yəni, politoloqlar, hüquqşünaslar, iqtisadçılar, sosioloqlar, media mütəxəssisləri, İT mütəxəssisləri Ermənistandakı hadisələri təhlil etmək və qiymətləndirmək üçün Çaxkadzorda, Jermukda və Dilijanda ciddi siyasi konfranslar keçirməyi planlaşdırırlar.
Məlumata görə, belə müzakirələrdən sonra partiya açıqlama vermək iddiasındadır. Görünür, Daşnaktsütun xam xəyallardadır. Çünki, Paşinyan və onun hakimiyyəti bu qurumun faəliyyətinə də, onun təhlilinə də, qiymətləndirməsinə də məəl qoyan deyil və bildiyini etməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB