Ermənistanın Müdafiə Nazirliyində yeni struktur dəyişiklikləri dalğasının başlayıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.
Yazıda qeyd olunur ki, qarşıdakı dəyişikliklərin bəzi təfərrüatları, xüsusən Müdafiə Nazirliyinin strukturunun tamamilə dəyişdiriləcəyi barədə nəşrə məlumat daxil olub. Məlumata görə əsas idarələrin xüsusi bir istiqaməti olacaq və Müdafiə Nazirliyinin aparatı tamamilə ləğv ediləcək və yerinə baş katiblik yaradılacaq.
Qəzet xüsusilə vurğulayır ki, bu fonda müxtəlif şöbələrin işçilərini bir növ hazır olmaq üçün xəbərdar edirlər. Çünki struktur dəyişiklikləri nəticəsində ixtisarların da olacağı gözlənilir. Hətta nazirliklərin rəhbər işçilərinin gənc kadrlarla dəyişiləcəyi barədə də iş aparıldığı məlumdur. Bir sözlə işğalçı ölkədə ciddi struktur dəyişiklikləri dalğası gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB