"Şəki bundan sonra dünyanın turizm şəhəri kimi tanınacaq" ÖZƏL-MÜNASİBƏT
"UNESKO-nun Ümumdünya İrs Komitəsinin Azərbaycanda keçirilən 43-cü sessiyasında ölkəmiz üçün uğurlu bir qərar verildi. Beləki Xan sarayı ilə birgə Şəkinin tarixi Mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Deməli, Şəki Xan sarayı bəşəriyyətin mədəni irsinə çevrildi". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Deputatın sözlərinə görə, əldə olunan bu naliyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səyi nəticəsində mümkün olub: "Bu hadisə dövlət başçımızın qəbul etdiyi qərarların və bu sahədə həyata keçirdiyi uğurlu siyasətin nailiyyətləridir. Heç şübhəsiz ki, burada həmçinin UNESKO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Uzun müddətdir ki, Mehriban xanım Əliyeva ölkəmizin mədəni irsinin təbliğinə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, ümumilikdə isə Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərib. Şəki şəhəri bundan sonra yeni bir dövrünü beynəlxalq turizm şəhəri kimi tanınmağa başlayacaq. Bu, regionda turizmin inkişafına böyük təkan verəcək. Bütün bunlar isə ölkəmizə, xalqımıza yeni-yeni nailiyyətlər gətirəcək. Zaman keçəcək işğal altında torpaqlarımız azad olunduqdan sonra Şuşamız və digər tarixi yerlərimiz də dünya mədəni irs siyahısına dail olacaq. Möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasət Mehriban Əliyevanın UNESKO ilə uğurlu əməkdaşlığı bunu deməyə imkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB