Vüqar Səfərli: “Biz də istərdik ki, müsabiqələrə çoxsaylı yazılar daxil olsun və onların arasından ən yaxşıları seçilsin” - MÜNASİBƏT

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) elan etdiyi müsabiqələrə çox az yazılar daxil olur. SİA-nın xəbərinə görə, bu barədə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli məlumat verib. Onun sözlərinə görə, bəzən qəzetlər bölgü aparır ki, hansısa müxbir ötən müsabiqələrdə iştirak edibsə, budəfəki müsabiqədə iştirak edə bilməz. O vurğulayıb ki, belə üslubla işləmək olmaz.

"Biz də istərdik ki, müsabiqələrə çoxsaylı yazılar daxil olsun və onların arasından ən yaxşıları seçilsin. Ötən müsabiqəyə nəzər saldıqda görərik ki, 19 istiqamətdə elan olunan yazı müsabiqəsinə demək olar ki, hər istiqamət üzrə 4-5 yazı təqdim olunmuşdu. Mən istərdim ki, hər bir qəzet bu gün elan etdiyimiz mövzuları redaksiya heyəti ilə birgə təhlil etsinlər və bütün istiqamətlər üzrə istədikləri yazıları təqdim etsinlər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə