Elmar Məmmədyarov Avropa Parlamentinin üzvləri ilə görüşüb

Elmar Məmmədyarov Avropa Parlamentinin üzvləri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri İvo Vaygel və Pino Arlaççini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Avropanın enerji təhlükəsizliyi və həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq Tərəfdaşlığı çərçivəsində proqramların həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Avropa Parlamentinin üzvləri İ.Vaygel və P.Arlaççi Azərbaycanda olmalarından məmnunluq duyduqlarını bildiriblər. AP üzvləri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd ediblər.

Nazir E.Məmmədyarov AP üzvlərinə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflər arasında aparılan danışıq prosesi barədə məlumat verib.

Həmçinin görüş zamanı bir sıra qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə