Erməni ordusunda fərarilik baş alıb gedir

Erməni ordusunda fərarilik baş alıb gedir

Açapnyak inzibati rayonundan olan 19 yaşlı S.Narek qanuni məzuliyyəti bitdikdən sonra orduya dönməkdən imtina edib. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus şamshyan.com saytı məlumat yayıb.

Məlumata görə, qanuni məzuliyyəti 30 iyun tarixində bitən S.Narek orduya qayıtmaqdan imtina edib və valideynlərini xəbərdar edib ki, əgər onu zorla orduya geri göndərərlərsə intihar edəcək.
Məzuniyyəti bitən erməni əsgərin qohumları hüquq mühafizə orqanlarına müraciət ediblər. Onlaın müraciətindən sonra eyni zamanda psixoloji yardım qrupu da köməyə gəlib. Daha sonra Narek Muraçanda yerləşən qospitala yerləşdirilib. Ora isə hərbi polis əməkdaşları cəlb olunub və əsgər hərbi hospitala köçürülüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə