Rusiya ildə 13 milyard dollarlıq silah ixrac edəcək

Rusiya hərbi texnika ixracını ötən ilki səviyyədə saxlamağı planlaşdırır. SİA-nın verdiyi məlumata görə, bu barədə "Rosoboronoeksport" şirkətinin baş icraçı direktoru Aleksandr Mixiyev bildirib. Onun sözlərinə görə, son üç ildə Rusiyanın silah ixracının həcmi ildə 15 milyard dollar təşkil edib. 2018-ci ildə isə bu rəqəm 13,7 milyard dollar olub.

İcraçı direktor qeyd edib ki, Rusiya ən çox hərbi məhsulu Asiya-Sakit Okean bölgəsi, Yaxın Şərq və Şimali Afrika ölkələrinə satmağı planlaşdırır. Satılan hərbi texnikanın böyük hissəsi isə aviasiya məhsullarıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə