ABŞ İranla müharibəyə gedəcəkmi? PROQNOZ - ÖZƏL

ABŞ İranla müharibəyə gedəcəkmi? PROQNOZ - ÖZƏL

“ABŞ prezidenti Donald Trampın Tehrana ünvanladığı ismarıcının arxasında məqsəd İranın nüvə proqramından əl çəkməyə məcbur etməkdən ibarətdir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

ABŞ-ın mütəmadi olaraq belə metodlardan istifadə etdiyini deyən siyasi şərhçi buna misal kimi ABŞ-ın Şimali Koreya ilə danışıqlarını göstərib.

Onun sözlərinə görə, ABŞ-ın bu məsələdə əsas hədəfi Çin idi ki, bu metodla öz istəyinə qismən nail oldu.

A.Nağıyev söyləyib ki, hazırda ABŞ İrandan vasitə kimi istifadə edərək Rusiyanı da hədəfə götürə bilər: “Hesab edirəm ki, burada Rusiyanı lokallaşdırmaqla, İsraildən də istifadə ediləcək və bu proseslərdə İordaniya və Yaponiya əsas fiqurlardan olacaq”.

ABŞ-ın İranla genişmiqyaslı müharibəyə getməyəcəyini dilə gətirən ekspertin fikrincə, hərbi yoldan istifadə etmək sırf təzyiq yolu ola bilər.

Siyasi şərhçi qeyd edib ki, Yaponiyanın İranla olan münasibətləri onu ABŞ-İran qanışıqlarında vasitəçiyə çevirə bilər: “Bu da həm İran, həm də Yaponiya üçün faydalı olar. Yaponiyanın əsas marağı odur ki, baş verənlər neftin qiymətinin kəskin qalxmasına gətirə bilər və bu isə onun iqtisadiyyatı üçün ən ağır zərbədir. Təbii ki, İran da bu vasitəçiliyə daha maraqla razıdır, çünki ABŞ-Yaponiya münasibətləri çox yüksək səviyyədədir. Bu danışıqlar baş tutarsa, İran -Yaponiya münasibətləri siyasi, iqtisadi və hətta elmi-texniki inkişafa təkan verə bilər. Yaponiyanın siyasi avtoritetinin yüksəlməsi üçün bu vacibdir və avtomatik olaraq Rusiyanın İrana təsirini azalda bilərlər. Bundan başqa, müharibənin başlamasının qarşısının alınması Yaponiyanı dünya ictimaiyyətində yeni bir mövqeyə qaldıra bilər. Bütün bunlar bir daha göstərir ki, ABŞ-ın məqsədi diplomatik və digər təzyiq mexanizmlərindən istifadə etməklə, öz tərəfdaşları ilə birlikdə həm Rusiyanın nüfuzunu azaltmaq

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə