Gürcüstanda ilin əvvəlindən 303 nəfər H1N1 virusuna yoluxub, onlardan 13-ü dünyasını dəyişib
Gürcüstanda ilin əvvəlindən başlayaraq 303 nəfər H1N1 virusuna yoluxub, onlardan 13-ü dünyasını dəyişib. SİA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Gürcüstanın Xəstəliklərə Milli Nəzarət Mərkəzi yayıb.
Xəbərə əsasən, "B" qripinə yoluxanların sayı 39, "A" qripinə yoluxanların sayı isə 7 nəfər olub. Hazırda rəsmi Tiflis virusun yayılmasının qarşısını almaq üçün önləyici profilaktiki tədbirlər həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB