"Yaxın aylarda yeni sərəncamların veriləcəyi istisna deyil" ÖZƏL-RƏY

"Yaxın aylarda yeni sərəncamların veriləcəyi istisna deyil" ÖZƏL-RƏY

"Azərbaycan Prezidenti cənab İlham Əliyev mərhələ-mərhələ vətəndaşların, insanlarımızın rifah halının yüksədilməsi üçün addımlar atır. Bu addımlar həm də bir çoxlarının gözləmədiyi intensivliklə atılır. Eyni zamanda elə addımlar atılır ki, həqiqətən də biz başqa ölkələrdə bunun bənzərini görmürük". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, minimum əmək haqqlarının, pensiyaların, təqaüdlərin artırılması və yaxud da bu və ya digər şəkildə insanların sosial rifah halının yüksədilməsi üçün atılan addımlar sözün əsil mənasında inqilabi addımlardır: "Fakt odur ki, cənab Prezident 2003-cü ildə hakimiyyətə gələndə bəyan etdiyi kimi intensiv şəkildə Azərbaycan xalqının sosial rifah halının yüksədilməsi üçün davamlı addımlar atılır. Az qala hər ay bir sərəncam, fərman verilir və hansısa sosial məsələlərin həlli ilə bağlı böyük addımlar atılır. Yəni bütün bunlar ondan xəbər verir ki, Azərbaycan Prezidenti sadəcə söz adamı deyil, o əməl adamıdır. Dövlət başçısı özünün də dediyi kimi hər bir azərbaycanlının Prezidentidir. Ölkə rəhbərimiz ən sadə Azərbaycan vətəndaşının probemlərini öz şəxsi problemləri kimi qəbul edir və həmin problemlərin həlli üçün dayanmadan çalışır. Məhz bu son sərəncamlar da o qəbildəndir. Yəni cənab Prezident insanlarımızın rifah halının doğurdan da ayaqda tutulması ümumiyyətlə isə yüksək səviyyədə tutulması üçün dayanmadan çalışıb və bu sərəncamları da məhz ona görə imzalayıb. Artıq anons verilib ki, bu da son deyil. Yəni növbəti addımların atılması da gözlənilir. Təbiidir ki, təqaüdlərin artırılması, eyni zamanda yaxın aylarda yeni sərəncamların veriləcəyi istisna deyil. Bu da bütövlükdə ümumi dövlət siyasətinin tərkib hissəsi olaraq insanlarımız tərəfindən həqiqətən də çox yüksək səviyyədə alqışlarla qarşılanır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə