Bu gün həmsədrlərin regiona səfəri başlayıb (Əlavə olunub)

Bu gün həmsədrlərin regiona səfəri başlayıb (Əlavə olunub)

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, İqor Popov və Robert Bradtke bu gün regiona səfərə gəlir. SİA-nın xəbərinə görə, səfərin ilk günündə İrəvanda olacaq həmsədrlərin Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşü planlaşdırılıb. İrəvandakı danışıqlardan sonra onlar sabah Azərbaycana səfər edəcəklər.

 

Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun sözlərinə görə, həmsədrlər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla və ölkə başçısı İlham Əliyevlə görüşəcək.

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, İqor Popov və Robert Bradtkenin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü olub. Həmsədrlər görüşdən sonra jurnalistlərə açıqlama verməkdən imtina ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə