İran səfiri “Səhər” kanalında Azərbaycan əleyhinə yayımlanan verilişlərə münasibət bildirmədi

İran səfiri “Səhər” kanalında Azərbaycan əleyhinə yayımlanan verilişlərə münasibət bildirmədi
"Atom texnologiyası məsələsində bizim söhbətimiz qurtarıb və heç bir başqa fikrimiz yoxdur. Çünki sülhsevər atom texnologiyası barəsində heç bir müzakirəyə ehtiyac yoxdur". SİA-nın məlumatına görə, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu texnologiyanı əldə etmək bütün ölkələrin haqqıdır: "Biz dünyada mövcud olan problemi həll etmək üçün hazırıq. Hətta bizim şüarımız var ki, "sülhsevər atom texnologiyası hamı üçün və atom silahı heç kim üçün". Bəzi ölkələr atom texnologiyası agentliyinə üzv olmasalar da atom silahlarına malikdirlər. Misal olaraq, işğalçı İsrail rejimi 250 ədəd nüvə başlığına malikdir və atom enerjisi agentliyinə də üzv deyil. Biz elan etmişik ki, dünyada mövcud olan bu problemləri həll etmək üçün hazırıq. Artıq ölkələrlə müzakirələr aparılır. Bizim atom fəaliyyətimiz agentliyin nəzarəti altındadır. Biz bəzi ölkələri dəvət etmişik ki, bütün atom texnologiyasının mərhələləri ilə tanış olublar. Bizim heç bir gizlin işimiz yoxdur".

İran "Nabucco"ya qarşı mövqeyini dəyişə bilərmi sualına cavabında səfir: "Biz region üçün münasib olan təkliflərə müsbət baxırıq və hər bir əməkdaşlığa hazırıq", - deyə bildirib.

Son zamanlar İranın "Səhər" kanalında Azərbaycan əleyhinə aparılan təbliğatın səbəbi nədir sualına isə səfir: "Biz bura birləşdirmək üçün gəlmişik",- deyərək kifayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə