Poti limanında qəza nəticəsində xəsarət alan azərbaycanlıların adları məlum olub

Poti limanında qəza nəticəsində xəsarət alan azərbaycanlıların adları məlum olub

Poti limanında qəza nəticəsində xəsarət alan azərbaycanlıların adları məlum olub. SİA-nın xəbərinə görə, bunlar Azərbaycan vətəndaşları - gəmi kapitanın 1-ci müavini Əzizov Qaçay Abuturab oğlu (1952 təvəllüdlü), böyük mexanik Misiyev Arif Həbib oğlu (1952) və dənizçi Vəlmətov Fariz Gülmirzə oğlu (1987)dur.

 

Qeyd edək ki, fevralın 7-də Gürcüstanın Poti limanında Ukraynaya məxsus "Qriqori Petrovski" yük gəmisi güclü qasırğa nəticəsində qəzaya uğrayıb. Qəza zamanı gəmidə 11 ekipaj üzvü olub, onlardan üçü Azərbaycan vətəndaşıdır. Xilasetmə əməliyyatı nəticəsində onların hamısı xilas edilib. Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov SİA-ya açıqlamasında bildirib ki, artıq Poti Şəhərinin rəsmiləri Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu Hüseyn Nəcəfova zənq vuraraq, qəza barəsində məlumat veriblər. Baş Konsul və konsulluğun əməkdaşları xəbərdən dərhal sonra Poti şəhərinə yola düşüblər. Poti Meri V.Lemonjava xarici ezamiyyətdə olduğu üçün, Baş Konsul Poti şəhərinin Vitse-meri Qeorgiy Homeriki ilə görüşüb.

 

Q.Homeriki qəza barəsində ətraflı məlumatı diqqətə çatdıraraq, qasırğa zamanı ekipajın idarəetməni itirdiyini və gəminin dalğaqırana dəyərək çatladığını bildirib. Xatıraladaq ki, gəmidə 32 ton dizel və 2,8 ton yağlı yanacaq yükü mövcüd olub. Yaranan çat nəticəsində yükün qeyri-müəyyən qismi dənizə tökülməkdədir.

 

H.Nəcəfov Poti liman administrasiyasının kapitanı cənab Vaxtanq Tavberidze və qəzada zərərçəkmiş Azərbaycan vətəndaşları ilə görüşüb. Konsulluq tərəfindən zərərçəkmişlərə lazımı kömək və diqqət göstərilib. Dənizçilərin səhhəti yaxşıdır. Qəza ilə bağlı Gürcüstanın müvafiq instansiyaları tərəfindən araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə