Lənkəranda Milli Qəhrəman Mübariz İbrahimovun xatirə gecəsi keçirilib
Lənkəran şəhərində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi ehtiramla yad edilib. SİA-nın cənub bürosunun məlumatına görə, Milli Qəhrəmanın ad günü Şəhər Gənclər və İdman İdarəsi və Qəni Vəliyev adına şəhər Mədəniyyət evinin birgə təşkilatçılığı ilə reallaşıb.
Xatirə gecəsində şəhər bələdiyyəsi, rayon ictimaiyyətinin nümayəndələri, rayon ağsaqqalları, müəllimlər, tələbə və şagirdlər iştirak ediblər.
N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının ədəbi hissə müdiri Cəfər Fətullayev çıxış edərək ən ali zirvəyə yüksələn Milli Qəhrəman Mübariz İbrahimovun ömür yolundan və qəhrəmanlığından söz açıb.
Daha sonra Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət evinin direktoru Hafiz Mirzə çıxış edərək qəhrəmanların ölmədiyini,onların daim ürəklərdə yaşadıqlarını bildirib.
Rayon Ağsaqqallaar Şurasının sədri Kamal Kələntərlinin, Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əliyevin çıxışlarında da vurğulanıb ki, hər bir Azərbaycan igidi ən azı 50 düşmənə bərabərdir. Belə igidləri olan Vətən heç vaxt basılmaz!
Şəhidin doğum gününə həsr olunmuş xatirə gecəsi yerli sənət ustalarının ifasında qəhrəmanlıq və vətənpərvərliyə həsr olunmuş şeirlər və mahnıların ifası ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB