Müxtəlif ali məktəblərin tələbələri "Qış Liderlik Məktəbi”nə qatılacaqlar
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tələbələrin asudə vaxtlarının səmərəli təşkili və onların maarifləndirilməsi məqsədi ilə müxtəlif layihələrin həyata keçirilməsi işini davam etdirir. İttifaqın sədri Şahin İsmayılovun SİA-ya verdiyi xəbərə görə, ittifaq fevralın 10-16-da Quba "Cənnət Bağı" istirahət mərkəzində I və II kurs tələbələri üçün "Qış Liderlik Məktəbi" layihəsini həyata keçirəcək.
Onun sözlərinə görə, sözügedən layihədə iştirak etmək üçün ittifaqın elektron ünvanına tələbələr tərəfindən 1000-ə yaxın ərizə daxil olub, onlardan 300-ü II mərhələdə iştirak hüququ əldə edib: "Müsahibə yolu ilə aralarından ən layiqli 120 tələbə "Liderlik Məktəbi"nə seçiliblər. Layihədə Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbələri təmsil olunacaq. Layihə çərçivəsində tələbələr 4 komandaya bölünərək müxtəlif təlimlərdə iştirak edəcək, verilən tapşırıqları yerinə yetirəcəklər. Qış "Liderlik Məktəbi"nin iştirakçılarına mütəxəssislər tərəfindən komanda işi, şəxsi inkişaf, liderlik, təşkilati-quruculuq və sair mövzularda təlimlər keçiləcək. Bundan əlavə, "Qış Liderlik Məktəbi"nin iştirakçılarının millət vəkilləri, siyasi xadimlər, xarici ölkələrin respublikamızdakı səfirləri və yerli icra nümayəndələri ilə görüşələri təşkil olunacaq. Görüşlərdə tələbələr qonaqlarla müxtəlif məsələlərlə bağlı müzakirələr aparacaqlar. Onlar hər günün yekununda gün ərzində öyrəndikləri yeni bilikləri xüsusi olaraq hazırladıqları divar qəzetlərində qeyd edəcəklər. Layihə çərçivəsində iştirakçılar Qubadakı soyqırım məzarlığını ziyarət edəcək, xalçaçılıq mərkəzində və "Qırmızı" qəsəbədə olacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə