Abovyanda seçkilər keçirildi, demokratiya qazandı və bu, ən mühüm məsələdir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Pashinyan bu gün jurnalistlərin Abovyandakı seçkilərdə “Vətəndaş müqaviləsi” partiyası üzvünün məğlubiyyəti barədə sualları cavablandırarkən deyib.
“Vətəndaş müqaviləsi” partiyasının bir üzvünün məğlub olmasına gəldikdə, biz inqlabı ona görə reallaşdırdıq ki, hakimiyyət namizədləri hardasa, qələbə qazanarlar, hardasa məğlubiyyəti qəbul edə bilərlər”, -deyə baş nazir bildirib.
Xatırladaq ki, qısa bir müddət öncə Nikol Paşinyan “Mənim addımım” partiyasının nümayəndələrini, tərəfdarlarını yaxınlarından, əlaqələrindən belə istifadə etməklə “Vətəndaş müqaviləsi” partiyasının namizədini dəstəkləməyə çağırmışdı. Hətta, sözügedən partiya nüməyəndəsinin məğlubiyyətinin heç cür qəbuledilməz olduğu fikrində idi.
Göründüyü kimi, Nikol Paşinyan məğlubiyyəti ört-basdır edir. Məğlubiyyəti ört-basdır etmək üçünsə öz dediklərinin belə əksini söyləməkdən çəkinmir və elə bir görüntü yaratmağa çalışır ki, guya bu da ölkəsində demokratiyanın təzahürüdür və bunu baş nazir olaraq o normal qəbul edir. Sözsüz ki, bu erməni baş nazirinin növbəti avantürası, sıradan bir manipulyasiyasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB