"Məhkəmənin ədalətli qərarı erməni lobbisinə böyük zərbə oldu" ÖZƏL-ŞƏRH

"Məhkəmənin ədalətli qərarı erməni lobbisinə böyük zərbə oldu" ÖZƏL-ŞƏRH

"Fransa inzibati məhkəməsi 2018-ci il oktyabrın 22-də Fransanın Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”sının qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarması ilk növbədə Azərbaycan tərəfinin məsələnin aradan qaldırılması istiqamətində israrlı, ardıcıl və məqsədli fəaliyyətinin nəticəsi idi. Və məhkəmə qərarı digər bu kimi analoji “sənəd”lərin ləğv edilməsi təcrübəsinin də əsası sayıla bilər". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Orucov deyib.

"Xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əiyevanın Fransaya səfəri zamanı ən yüksək səviyyədə məsələni gündəmə gətirməsi, Azərbaycan tərəfinin narahatçılığını ifadə etməsi fikrimcə ədalətin bərpa edilməsində vacib faktor kini qiymətləndirilməlidir. Məhkəmənin ədalətli qərarı isə separatçılara, xüsusilə Fransada güclü dayaqlara, resurslara malik erməni lobbisinə vurulmuş böyük bir zərbə oldu.

Digər tərəfdən münaqişənin həllində vasitəçi kimi Fransa tərəf olaraq iştirak edirsə bu kimi məsələlərdə o daha həssas olmalı, mövqeyində ədalətliliyi gözləməli və təmin etməlidir. Təəssüf ki, Fransanın bir neçə şəhəri işğal altında olan şəhərlərlə qardaşlaşmış şəhər münasibətini yaratmışdır. O zaman sual yaranır: belə olduğu təqdirdə Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi nə qədər ədalətli mövqe ortaya qoyurmu və yaxud bu kimi mövqeyi olan dövlətin münaqişənin həllində iştirak etmək hüququ nə dərəcədə doğrudur? Fikrimcə dövlətimiz ədalətin bərpa edilməsi istiqamətində cəhdlərini bundan sonra daha davam etdirməli, ATƏT-in Minsk Qrupuna haqqlı mövqeyimizin bərqərar edilməsi istiqamətində fəaliyyətində dönüş yaratması ilə bağlı iddialarını sərtləşdirməli, Fransa dövlətinin bu kimi ikili oyunlar oynamasına son verməsini ən yüksək səviyyədə tələb etməlidir.

Fransa məhkəməsinin haqqında danışdığımız ədalətli qərarı bizə stimul verir ki, işğal altında olan Azərbaycan ərazilərində separatçı rejimin Fransanın digər şəhərləri ilə bağladığı digər belə qeyri-qanuni xartiyaları da ləğv etdirməklə bağlı iddialarımızı davam etdirək"-deyə, İ.Orucov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə