"Təhlükədə olmadığını güman edən bəzi liderlər yanılırlar"

"Təhlükədə olmadığını güman edən bəzi liderlər yanılırlar"

Misirdəki üsyanı dəyərləndirən ABŞ dövlət katibi Hillari Klinton Yaxın Şərqdəki olayların fırtına effekti verə biləcəyini söyləyib.

SİA-nın xəbərinə görə, "təhlükədə olmadığını güman edən bəzi liderlər yanılırlar" deyən Klinton Yaxın Şərq bölgəsində geniş islahatlara və regional dialoqa ehtiyac olduğunu bildirib.

Dövlət katibi Yaxın Şərqdəki xaosun ən yaxşı çarəsinin şəffaflıq və demokratiyaya keçid olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə