"Bakı finalında yüksək səviyyədə təşkilatçılıq özünü göstərdi" ÖZƏL-ŞƏRH

"Bakı finalında yüksək səviyyədə təşkilatçılıq özünü göstərdi" ÖZƏL-ŞƏRH

"Bakıda keçirilən UEFA Avropa Liqasının "Arsenal" - "Çelsi" oyunundan bir neçə gün sonra Madriddə Çempionlar Liqasının final oyunu keçirildi. Artıq tarix olan hər iki hadisəni təşkilatçılıq baxımından bu gün müqayisə edə bilərik. Nəzərə alsaq ki, çox yaxın keçmişdir və hər iki oyun detalları ilə yaddaşlardadır, ona görə də fikirləşirəm ki, müqayisə obyektiv olacaq". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Sədrin sözlərinə görə, İspaniya Krallığında idman yarışlarını, xüsusilə futbol çempionatlarını təşkil etmək üçün artıq formalaşmış, oturuşmuş təcrübə mövcuddur: "Bu baxımdan da orada keçirilən yarışların təşkili ilə bağlı kimsə mənfi fikirlər səsləndirmir. Həm də nəzərə alsaq ki, İspaniya özü də hər baxımdan nəhəng futbol infrastrukturuna malikdir, dünyanın ən yaxşı komandalarından biri bu ölkənin milli komandasıdır, həmçinin, İspaniya milli çempionatı haqlı olaraq ən baxımlı çempionatlardan sayılır. İspaniyanın milli klublarının səsi ən mötəbər kubokların qalibi kimi səslənir. Ona görə də bu ölkədə təşkil olunan istənilən yarışın təşkilində hansısa problemləri axtarmaq çətindir. Bakıda keçirilən final qarşılaşması ilə bağlı isə müxtəlif qarayaxmalar oldu, ölkəmizə təzyiqlər edilməyə başladı, ayrı-ayrı qüvvələr Bakıda bu cür səviyyəli finalın baş tutmasında problemlər olacağını səsləndirdilər. Amma final yüksək səviyyədə baş tutdu və yuxarıda haqqında bəhs etdiyimiz Madriddəki finaldan daha yaxşı səviyyədə təşkilatçılıq özünü göstərdi, tamaşaçıların təhlükəsizliyindən tutmuş stadionun keyfiyyətinə qədər hər şey daha üstün idi və haqqlı olaraq dünya mətbuatı oyundan sonra oyunla bağlı təşkilatçılıq məqamlarına diqqəti çəkdi, Bakının ən mötəbər oyunlara ev sahibliyi etməsinə haqqı çatdığından yazdı.

Əlbətdə bütün bunlar Azərbaycanın həm təhlükəsiz ölkə olmasını, həm böyük idman infarstrukturuna malik olduğunu, həm Azərbaycanın iqtisadi qüdrətinin nümayişi və həm insanlarımızın nə qədər sivil xalq olmasının göstəriciləridir. Artıq ölkəmizdə mötəbər oyunların keçirilməsində qısa müddətdə əldə olunan təcrübə illərin ənnənəvi oyunları təşkil edən ölkələri ilə müqayisədə nəinki geri qalmır, əksinə onları üstələyir. Bütün bunlar isə əlbətdə qürurvericidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə