Abovyan şəhər merinin seçimi "Mənim addımım" blokunun bundan sonrakı taleyini sual altında qoyur. SİA-nın məlumatına görə, bu barədə Ermənistana məxsus aysor.am saytı “Jamanak” qəzetində dərc olunan yazıya istinadən bildirir.
Sözügedən saytın məlumatına əsasən iş o yerə çatıb ki, baş nazir Nikol Pashinyan "Mənim addımım" blokundan olan deputatlara "Vətəndaş Müqaviləsi" partiyasının namizədinin qələbəsini təmin etmək üçün şəxsi əlaqələrindən və tanışlıqlarından belə istifadə etməyi tapşırıb.
"Vətəndaş Müqaviləsi" partiyasında hesab edirlər ki, "Çiçəklənən Ermənistan" partiyasının üzvü Vahagn Qevorkyanın qələbəsi pis bir presedent ola bilər və təsdiq edə bilər ki, "Vətəndaş Müqaviləsi" tamamilə gücsüzdür.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB