Deputatlarımız beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən 6-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaq. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Deputat iclasda çıxış edəcək, mövzu ilə bağlı fikirlərini səsləndirəcək.

Sahibə Qafarova iyunun 6-dan 8-dək isə Fransanın paytaxtı Parisdə səfərdə olacaq. O, Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi ilə əlaqədar ölkəmizdə qadın hərəkatına, qadın hüquqlarının tarixinə və perspektivlərinə həsr olunmuş elmi konfransda iştirak edəcək.

Deputat Elşad Həsənov Avropa Şurası Parlament Assambleyasının Prosedur qaydaları komitəsinin iclasında iştirak etmək üçün iyunun 2-dən 4-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq. O, komitədə qaldırılan məsələlərə münasibətini bildirəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə