YAP Neftçala rayon təşkilatı gənclər birliyinin VI konfransı keçirilib FOTOLAR
YAP Neftçala rayon təşkilatı gənclər birliyinin VI hesabat-seçki konfransı keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, konfransda Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Anar Cəfərov, ryon icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, YAP Neftçala rayon təşkilatının qadınlar şurasının sədri Gültəkin Sadıqova, rayon təşkilatının idarə heyətinin üzvləri və 150 nəfər gənc iştirak edib.
Konfransda rayon təşkilatının gənclər birliyinin sədri Ülvi Fərzəliyevin hesabat dövründə gördüyü işlər barədə məruzəsi dinlənilib.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Yeni tərkibdə YAP Neftçala rayon təşkilatı gənclər birliyinin 15 nəfərdən ibarət şura və 9 nəfərdən ibarət idarə heyəti seçilib. Gizli səsvermə yolu ilə Ülvi Fərzəliyev YAP Neftçala rayon təşkilatı gənclər birliyinin sədri, Sona Haxıyeva və Ataş Əsədov sədr müavinləri, YAP Gənclər Birliyinin V hesabat yığıncağına 2 nəfər nümayəndə seçilib.
Sonda partiya sıralarına yeni daxil olmuş gənclərə partiya biletləri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB