Ermənistan polisi aksiyanın qarşısını almağa çalışır

Ermənistan polisi aksiyanın qarşısını almağa çalışır

VETO ictimai-siyasi təşkilatının üzvləri Ermənistanın Açıq Cəmiyyət Fondunun (Soros Fondu) fəaliyyətinə etiraz edirlər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, etiraz aksiyası fondun ofis binasının qarşısında keçirilir.

Məlumata əsasən, aksiya iştirakçılarından biri deyir ki, Ermənistan vətəndaşları Soros fondunun Ermənistan ofisinin binasını blokadaya almaq hüququna malikdirlər, necə ki, vətəndaşlar baş-nazir Nikol Paşinyanın bir çağırışı məhkəmə binalarını blokadaya almışdılar.
Lakin, hadisə yerində olan çoxlu sayda polis aksiya iştirakçılarının Soros fondunun binasına yaxınlaşmasına icazə verməməklə, aksiyaçıların hərəkətinə mane olub. Elə buna görə də nümayişçilərlə polislə qarşıdurma yaranıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə