YAP Laçın rayon təşkilatı 28 May Respublika gününü qeyd edib

YAP Laçın rayon təşkilatı 28 May Respublika gününü qeyd edib

Ağcabədi rayonu ərazisindəki Taxta Körpü qəsəbəsində, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı icra hakimiyyəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirib. YAP Laçın rayon təşkilatının inzibati binasının konfrans zalında keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini və YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlar barədə geniş məlumat verib: "101 il bundan əvvəl, 1918-ci il mayın 28-də Azərbaycan xalqının tarixində çox əlamətdar bir hadisə baş vermişdir. Məhz həmin gün İstiqlal Bəyamnaməsi qəbul olunmuş, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdir".Tədbirdə digər çıxış edənlər bildiriblər ki, əsrlər boyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biri olmuşdur. Çıxışlarda o da vurğulanıb ki, 1991-ci ildə yenidən öz dövlət müstəqilliyinə qovuşan Azərbaycanın daha da inkişaf edərək, dünya dövlətləri arasında öz layiqli yerini tutmuşdu. Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri danılmazdır. Daha sonra Ulu Öndərin siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar əldə olundu. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə