Misirdə qarşıdurmalar davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, dünən Qahirənin Təhrir meydanında prezident Hüsnü Mübarəkin tərəfdarları və əleyhdarları arasında baş vermiş şiddətli toqquşmalarda səhiyyə nazirliyinin məlumatına görə ən azı 3 nəfər həlak olub, 600-ə yaxın insan yaralanıb. Digər mənbələr 1500 nəfərin yaralandığını bildirirlər.
Hazırda qarşıdurma zonasında vəziyyət gərgin olaraq qalır. Naməlum şəxslər yaxınlıqdakı evlərin eyvanlarından yandırıcı maddə dolu şüşələr atırlar. Ömər Süleyman nümayişçiləri təcili evlərinə dağılışmağa çağırıb.
Eyni zamanda nümayişçilər bir neçə dəfə jurnalistlərə də hücum ediblər. Rusiya dövlət televiziyasının jurnalistlərinin kamerası sındırılıb. Həmçinin CNN telekanalının əməkdaşı Enderson Kuper və Associated Press-in iki jurnalisti döyülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB