"Ulu Öndər bayrağımızı ən uca zirvəyə qaldırmış bir şəxsiyyətdir" ÖZƏL-AÇIQLAMA

"Ulu Öndər bayrağımızı ən uca zirvəyə qaldırmış bir şəxsiyyətdir" ÖZƏL-AÇIQLAMA

“Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işlər bu gün öz bəhrəsini verməkdədir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Saleh Səmədov deyib.

“Ulu Öndər haqqında danışmaq nə qədər çətin olsa da, bir o qədər də asanddır. Çünki Ümummilli Liderimiz Azərbaycan bayrağını ən uca zirvəyə qaldırmış bir şəxsiyyətdir. Bugünkü Azərbaycanın sabitliyi, əmin-amanlığı və bir sözlə, indiyədək görülən bütün işlər, göstəricilər hamısı dahi şəxsiyyətin bilavasitə adı ilə bağlıdır. Allah Ulu Öndərimizə rəhmət eləsin və qəbri nurla dolsun. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasəti isə göz önündədir. Bu gün ölkəmizdə yaxşı nə varsa, hamısı ölkə başçımızın adı ilə bağlıdır”-deyə, baş direktor fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə