Sabah Bakıda Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyanın iclası keçiriləcək
Sabah Bakıda Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyanın iclası keçiriləcək. SİA-nın Yunanıstan XİN-ə istinadən yaydığı məlumata görə, artıq Yunanıstanın xarici işlər nazirinin müavini Spiros Kuvelisin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfər edəcək. Bakıda keçiriləcək görüşlərdə iki ölkə arasında əsas istiqaməti energetika olan iqtisadi əməkdaşlığın genişləndirilməsi, o cümlədən ITGI qaz boru kəməri ilə bağlı müzakirələr aparılacaq. Görüşlərdə ITGI layihəsinin realizə olunmasına imkan verəcək "Şahdəniz-2" yatağından qazın paylanması məsələsinin də müzakirə olunacağı gözlənilir.
Eyni zamanda Spiros Kuvelisin rəhbərlik etdiyi nümayəndə heyəti sənaye və energetika naziri Natiq Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırovla görüşlər keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB