"Paşinyan qəbul etmək iqtidarında deyil ki,...." ÖZƏL-MÜNASİBƏT

"Paşinyan qəbul etmək iqtidarında deyil ki,...." ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə biz dəfələrlə demişik ki, Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə də görüşə bilər, ABŞ-a və Avropya da gedə bilər. Paşinyan elə bu yaxınlarda Avropada idi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq Əlaqələr və Parlamentlərarası Münasibətlər Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Komitə sədrinin sözlərinə görə, Paşinyan qəbul etmək iqtidarında deyil ki, onun bütün problemləri Azərbaycan torpaqlarının işğalı və həmin torpaqlardan erməni əsgərlərinin çıxarılması ilə bağlıdır: “Bu zaman danışıqlar ən yüksək səviyyədə siyasi liderlərlə olsa da belə heç bir nəticə verməyəcək. Paşinyan yalnız və yalnız öz siyasətini Azərbaycanla, Azərbaycan torpaqlarından erməni əsgərlərin çıxarılması və torpaqlarımızın azad olunması ilə bağlıyacaqsa, o zaman onun hansısa görüşlərinin əhəmiyyəti və faydası ola bilər”.

Qeyd edək ki, mayın 29-da Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclası çərçivəsində Rusiya və Ermənistan liderləri arasında görüş keçiriləcək. Bunu Rusiya Dövlət Dumasının Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşdə bildirib. Onun sözlərinə görə, görüşdə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra məsələləri müzakirə edəcəklər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə