“ABŞ-ın təyyarədaşıyan gəmisinin İran sahillərinə yola düşməsi Vaşinqtonun Tehrana qarşı planlarının ciddi olduğunu göstərir”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton hədəflərinin İran rejiminə aydın siqnal göndərmək olduğunu bildirib: “Bu o deməkdir ki, İran Hörmüz boğazını bağlasa, ABŞ hərbi maşını hərəkətə keçəcək. Boltonun “Vaşinqton Tehranın ABŞ və müttəfiqlərinin maraqlarına olan istənilən hücuma cavab verəcək” sözləri də bundan xəbər verir.
İranda Hörmüz boğazı ilə bağlı ikitirəlik yaranıb. Radikallar və bəzi generallar deyir ki, Amerikaya güc göstərmək üçün boğazı bağlamaq lazımdır. Prezident Həsən Ruhani isə risqə getməməyə üstünlük verir. Bölgə müharibənin bir addımlığındadır. İstənilən kiçik qığılcım böyük toqquşmanın başlanğıcı olacaq. Azərbaycan istənilən variantları gözdən keçirməlidir ki, mümkün təhlükələrdən sığortalana bilək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB