Ağcabədidə Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən müsabiqəyə yekun vurulub

Ağcabədidə Ümummilli Liderin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən müsabiqəyə yekun vurulub

Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub- möhkəmləndirilməsində, demokratik-hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında müstəsna xidmətləri xalqımız tərəfindən daim yüksək fəxr hissi ilə qeyd olunur, Dahi Rəhbərin əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla yad edilir.
Müasir tariximizdə danılmaz rolu olan Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə ölkəmizin hər yerində müxtəlif tədbirlər keçirilir. O cümlədən, silsilə tədbirlərin davamı olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatının keçirdiyi daha bir müsabiqəyə-məktəblilər arasında bədii qiraət müsabiqəsinə yekun vurulub.
Münsiflər heyətinin qərarına əsasən, Ağcabədi şəhər 6 saylı tam orta məktəbin VI sinif şagirdi Qasımov Çovğun Heydər oğlu I, Salmanbəyli kənd tam orta məktəbin IX sinif şagirdi Həsənov Rəşadət Təvəkkül oğlu II, Təzəkənd kənd tam orta məktəbin IX sinif şagirdi Əsgərli Əlvan Habil oğlu, Qiyamadınlı kənd tam orta məktəbin VII sinif şagirdi Həsənova Kəklik Vüqar qızı III yerə layiq görülüblər.
Müsabiqənin qalibləri YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları və hədiyyələri ilə mükafatlandırılacaqdır.
ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə