Akkan Suver: "Bakı prosesinin insanlığın gələcəyi üçün çox böyük əhəmiyyəti olacaq" AÇIQLAMA-ÖZƏL

Akkan Suver: "Bakı prosesinin insanlığın gələcəyi üçün çox böyük əhəmiyyəti olacaq" AÇIQLAMA-ÖZƏL

"Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq V dəfədir ki Azərbaycanda keçirilir. Başlandığı ilk ildən mən bu Forumda iştirak edirəm. Bu il daha çox ölkənin iştirakı ilə jəyata keçən tədbir bir daha sübut edirki, artıq bütün dünya Bakı prosesini qəbul edir". Bunu SİA-ya açıqlamasında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver deyib.

O bildirib ki, forumda 100-dən çox ölkənin mədəniyyət nazirləri, ziyalılar səhiyyəsində təmsil olunması tədbirin əhəmiyyətindən xəbər verir. Onun sözlərinə görə, forum çoxdinliliyi, çox mədəniyyətliliyi özündə əks etdirir: "Builki forum təşkilatçılıq baxımından daha modern, daha yüksək səviyyəli bir açılış mərasimi ilə yaddaşıma həkk olundu".

Akkan Suver Forumda gənclərlə bağlı mövzulara önəm verilməsinin çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: " Gənclərə həsr olunan mövzulara yer vermək şox müsbət haldır. Çünki gənclər bizim gələcəyimiz təmsil etdikləri üçün onları önəm vermək çox mühümdür. İnsanlığın gələcəyi üçün bu Forumun çox böyük əhəmiyyətli olacağına əminəm".

Professor Bakı Prosesinin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edildiyini də qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə