İrandan Ermənistana çəkiləcək neft boru kəməri Təbriz şəhərinin şimal-qərb hissəsindən başlayacaq. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, İranın neft naziri Seyid Məsud Mirkazımi Tehran və İrəvanın İrandan Ermənistana neft məhsulları daşıyacaq neft kəmərinin tikintisi ilə bağlı razılıq əldə etdiyini bildirib. O, bu razılığın Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisyanın İrana səfəri zamanı əldə olunduğunu söyləyib.
İranın neft naziri razılaşmanın təfsilatı haqqında məlumat verməyib. O, qeyd edib ki, ixrac olunacaq neft məhsullarının həcmi və qiyməti haqqında məlumat tezliklə açıqlanacaq. A.Movsisyan səfəri çərçivəsində İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb və iki ölkə arasında dəmir yolunun tikilməsi müzakirə edilib. Movsisyan "İran və Ermənistan arasında heç bir siyasi problem yoxdur və bu əlaqələrin inkişafı üçün yaxşı əsas yaradır" söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB