AXCP sədrinin ağlında problemlər yaranıb

AXCP sədrinin ağlında problemlər yaranıb

Əli Kərimlinin erməni maraqlarına hesablanan siyasəti AXCP və "Milli Şura"nı böhranlı duruma salıb

Müxalifətdaxili çəkişmələrin gərginləşməsi düşərgədə həlli mümkün olmayan problemlərin yaranmasına gətirib çıxarıb. Xüsusilə də, Müsavat-AXCP qarşıdurması hər iki partiyada ciddi başağrısına çevrilib. Bunun nəticəsində, müxalifətin birgə aksiyalar keçirmək və ümümi müxalifətin birliyininin yaradılması arzuları da nəticəsiz qalır. Mövqe uğrunda savaş və bir-birinə qarşı irəli sürdükləri ittihamlar düşərgədaxili durumun son dərəcə kritik vəziyyət almasına gətirib çıxarıb. Ümumiyyətlə, dağıdıcı müxalifətin son illərdəki fəaliyyətinə nəzər salsaq, demək olar ki, bu məxluqlar dünyada analoqu olmayan simasızlardır. Nədəndir ki, qısa zaman kəsiyində çoxsaylı blok və qurumlar yaradıblar, ideya və təkliflərlə çıxış ediblər. Amma yaradılan qurumların ömrü çox qısa olub, irəli sürülən təkliflər isə elə kağız üzərində qalıb. İddialı müxalifət liderləri bir-birinindən qısas alamaq üçün fərqli mövqe, yol tutublar.

Müxalifəti yeni fəlakət gözləyir

Baş verənlərə əsasən, onu söyləmək olar ki, hazırkı müxalifət formatı dəyişməyəcəyi təqdirdə, bundan sonra da yaradılacaq blokların adları yalnız kağız üzərində qalan bloklardan fərqlənməyəcək. Günahkarlar isə təbii ki, Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı və digərləridir. AXCP ilə maraqlarının toqquşması səbəbindən Müsavatın "Milli Şura"nı tərk etməsinin ardınca AMDP sədri İsgəndər Həmidov, "EL" Hərəkatının aparat rəhbəri Zəfər Quliyev və digəri də qurumdan istefa verdi. Bəzi "şura" üzlərinin seçim arasında qalmasından yaralanmağa çalışan AXCP sədri Ə.Kərimlini kortəbii də olsa, fəallığını artırmağa çalışdı. "Azadlıq" qəzetinin elektron versiyasında "Milli Şura"dan istefa verənlərin "satqın", "xəyanətkar" adlandırılan silsilə məqalələrin dərc edilməsi Ə.Kərimlinin siyasi fəaliyyətinin başlıca prinsipini təşkil edir. Daha doğrusu, bu məxluq ondan üz çevirənləri tənqid və təhqir etməsini özünün başlıca amalı hesab edir. Hazırkı mərhələdə "Azadlıq" qəzetinin elektron versiyasında alternativ AXCP-nin sədri Razi Nurullayevin, Almaniyada mühacir həyatı yaşayan keçmiş cəbhəçi Azər Məmmədovun, Sahib Kərimlinin, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və digərlərinin şəxsiyyətinin alçaldılması Ə.Kərimlinin düşmənçiliyinin ən yaramaz növü sayıla bilər.

Əli Kərimli müxalifətin üz qarasına çevrilib

Mövcud reallıqlar təsdiq edir ki, Ə.Kərimlinin anormal fəaliyyəti və rəqiblərini sosial şəbəkələrdəki, muzdlu trolları vasitəsi ilə hədəfə alması heç də, cavabsız qalmayır. Misal olaraq alternativ AXCP sədri R.Nurullayevin konkret faktlarla Ə.Kərimlini ifşa etməsini göstərmək olar. R.Nurullayev bildirib ki, AXCP sədri Ə.Kərimli partiyada gənclərə yer verdiyini desə də, əslində həyatını AXCP-yə həsr edən yaşlı nəsil sıxışdırılır: "Çünki onlar gözlərini açıb reallığı görür, yenilik istəyirlər. Suraxanı şöbəsinin sədrini məcburən uzaqlaşdırdılar və Ə.Kərimlinin cangüdənini təyin etdilər. Partiyada hər şey şəxsi maraqlarla idarə olunur. Rəyasət Heyətində 5 saat iclasda otururduq, əksəriyyətini Ə.Kərimli danışırdı, bunun 80 faizi isə "facebook"da "like"lərin olmasına, paylaşımlara gedirdi. İddilı partiyanın bu qədər xırdalığa getməsi düzgün deyil. Mən partiyada bu cür xırdalıqların əleyhinə olmuşam".
Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev isə Ə. Kərimlini siyasi fahişəlikdə günahlandırıb. Bildirib ki, o kim çox pul verərsə, həmin dairələrin qucaqlarına atılır: "Yəni bu fərdlərə siyasətdə siyasi fahişə, siyasi pozğun deyirlər. Ümumiyyətlə, Ə.Kərimliyə kim pul verirsə, onların qucağında oturur, özü də məmnuniyyətlə. Məsələn, Qərb verəndə Qərbin, Şərq verəndə Şərqin, Şimal da verəndə Şimalın qucağında özünü rahatlayır". Müasir Müsavat Partiyasının sədri eyni zamanda bildirib ki, AXCP sədri barədə mütləq şəkildə ciddi ölçülər götürülməlidir. Çünki bu ünsürə imkan verilərsə daha böyük xəyanətlərə imza atacaq: "Sirr deyil ki, müxtəlif dövlətlərin Azərbaycanda müəyyən maraqları var və bu maraqları həyata keçirməkdən ötrü Ə.Kərimli kimi adamlardan istifadə edirlər. Misal üçün, mənim də Azərbaycanda müxtəlif diplomatik nümayəndəliklərdə görüşlərim olur və həmin vaxtlar mənə elə təkliflər olunur, ancaq söz yox ki, Vətənimin, dövlətimiz maraqları mənim üçün hər şeydən yüksəkdədir. Ə. Kərimli üçün isə bu amil mövcud deyil. İndi elə adamlar var ki, bütün yerlərə işləməklə özlərini satırlar".
Göründüyü kimi, müxalifətin üz qarasına çevrilən AXCP sədri Ə.Kərimli anormal fəaliyyəti ilə rəhbərlik etdiyi partiya ilə yanaşı "Milli Şura"nı da ciddi təhlükə qarşısında qoymaqdadır. Daha doğrusu hər iki qurum dağılma problemi ilə üzləşməkdədir. Təbii ki, köklü dəyişikliklər baş verməyəcəyi təqdirdə AXCP və "Milli Şura"nın tarixin zibilliyinə atılacağı şübhəsizdir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə