Edvard Nalbandyan: “Beş ermənini öldürən şəxsə Milli Qəhrəman adını verdilər”
"Cəbhədə silahlı qarşıdurmalardan yayınmaq üçün beynəlxalq biriyin, eyni zamanda cəbhə xəttindən snayperlərin çəkilməsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri var. Təəssüf ki, Azərbaycan beynəlxalq birliyin bu təkliflərini həyata keçirməkdən imtina edir". SİA-nın məlumatına görə, bu sözləri Ermənistan xarici işlər naziri Edvard Nanbandyan "Rusiya Today" telekanalına müsahibəsində deyib.
Keçən ilin iyun ayında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburqda keçirilən üçtərəfli görüşünü xatırladan erməni nazir bildirib ki, görüşdən bir gün sonra Azərbaycan ordusu atəşkəsi pozaraq beş erməni əsgərini öldürüb. O, həmin qarşıdurmada qərhəmancasına həlak olan Mübariz İbrahimova Azərbaycan Milli Qəhrəmanı adı verilməsinə də qısqanclıqla yanaşdığını büruzə verib: "Erməniləri öldürən şəxsə Milli Qəhrəman adı verildi, küçə və məktəb onun adı ilə adlandırıldı və haqqında film sifariş verildi".
Azərbaycanın hərbi bəyanatlarının təhlükəli olduğunu vurğulayan E.Nalbandyan bildirib ki, güc tətbiq etmək problemin həlli üçün yol deyil. "Beynəlxalq birlik münaqişənin həlli üçün hərbi yoldan istifadə etməməyi təklif edir. Azərbaycan isə Dağlıq Qarabağa qarşı güc tətbiq etdi, irimiqyaslı hərbi əməliyyata başladı. Onlar beynəlxalq terrorçu təşkilatlarla yaxın əlaqəsi olan adamlardan istifadə etdilər. Siz görürsünüz, bu əməliyyatlar nə gətirdi. Onlar yəqin ki, unudublar", - deyən nazir münaqişənin tarixi, başlanma səbəblərindən bixəbər olduğunu bir daha sübut edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB