“Azərbaycanın hər bir uğuruna kölgə salmaq istəyən radikal müxalifət 2019 “Formula-1” Qran Prisi yarışları öncəsi də ənənəvi peşələrinə sadiqlik nümayiş etdirərək ölkəmizə qarşı qarayaxma kampaniyasına başladılar”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nın sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, bu qüvvələrin canfəşanlığı ilə xaricdəki milli satqınların və erməni lobbisinin maraqlarının eynilik təşkil etməsi də təsadüfi deyildi: “Guya ölkəmizdə insan hüquqları pozulur, guya İçəri Şəhərdə tarixi qala divarları dağıdılır, guya bu yarışlar insanlarımızın rahatlığını pozur və sair bu kimi populist çağırışlarla insanları çaşdırmaq istəyən bu sapı özümüzdən olan baltaların məqsədi nəyin bahasına olursa-olsun ölkəmiz haqqında gələn minlərlə əcnəbi turistdə, yarışı izləyən, ona maraq göstərən ölkələrdə mənfi imic formalaşdırmaq idi. Məlum oldu ki, İçəri Şəhərlə bağlı paylaşdıqları görüntülər illər öncə qala bürclərindən birinin restavrasiyası zamanı çəkilmiş kadrlardır və həqiqətdən tamamilə uzaqdır. Bütün hallarda Birinci vitse-prezident hadisə yerinə getdi, insanlarla görüşdü və bəyan etdi ki, İçəri Şəhərdə heç bir tarixi abidə sökülmür və sökülə də bilməz. Aslan İsmayılovun yaratmaq istədiyi bu şou bir anda puç oldu. Daha sonra yarış öncəsi kanalizasiya lyukunun çıxması ilə bolidin zədələnməsinə münasibətdə saxta və ürəkbulandırıcı bir şou yaratdılar. Halbuki, müxtəlif vaxtlarda və fərqli ölkələrdə - 2005-ci ildə Çin, 2010 və 2016-cı illərdə iki dəfə Monako Qran-prisində eyni hadisə baş verib. Yəni, bu kimi hadisələr formula yarışları zamanı istisna deyil və mümkündür. İnsanlarda guya yollarımızın formula yarışları üçün yararsız olması barədə rəy formalaşdırmaq cəhdləri də uğursuz oldu. Daha sonra, guya bu yarışların faydasız və iqtisadi imkanlarımıza əlavə yük olması ilə bağlı nağıllar uydurdular. Hansı ki, burada heç bir yükdən söhbət gedə bilməzdi. Çünki, artıq mövcud infrastruktur daha az xərclə bu yarışları keçirməyə imkan yaradırdı. Eyni zamanda, ölkəmizə ifrat turist axınının olması təkcə bütün xərclərin qarşılanması ilə deyil, yarışdan milyonlarla dollar iqtisadi dividentlər əldə etməyimizə səbəb olmuşdu. Bu adamların gətirdiyi bütün arqumentlər sadəcə uydurma və böhtandan başqa bir şey deyildi və əsassız iftiralar idi. Məqsəd ölkəmizin uğurlarından yaranan narahatçılıq, dövlətimizin uğurlarının fonunda özlərinin uğursuzluqlarını həzm edə bilməməkdən ibarət idi. Həm də, xarici qrantlar hesabına “fəaliyyət” göstərən bu insanlar özlərinin varlığını sanki nümayiş etdirirdilər kimi davranırdılar. Bu vəsaitlərdən daha çox yararlanmaq üstündə bir-biri ilə vuruşan, ən iyrənc formada bir-birilərinin ünvanına aşağılayıcı ifadələr işlədən bu qüvvələr, məhz, “Formula-1” Qran Prisi kimi nüfuzlu yarışın keçirilməsinə mane olmaq, Azərbaycanın imicinə xələl gətirməklə bağlı aldıqları göstərişlərin realizəsini sübuta yetirmək, aldıqları pulların hesabatlarını vermək istəyirdilər. Təbii ki, radikalların bütün iyrənc planları kimi, bu dəfə ki istəkləri dövlətimizin “Formula -1” yarışları ilə bağlı mükəmməl təşkilatçılığı qarşılığında iflasa uğradı”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB