"Saakaşvili rahatlıqla Bakıya gəlmək imkanına malik olmalıdır" ÖZƏL-MÖVQE
“Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putini tənqid edərkən deyib ki, Kreml sahibi bir sıra ölkələrə təzyiq edir ki, onu həmin ölkələrə buraxmasınlar və bu sırada Azərbaycanın da adını çəkib. Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan-Azərbaycan münasibətləri ən yüksək inkişaf dövrünü yaşayıb”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Saakaşvili həmişə Azərbaycan haqqında ancaq müsbət fikirlər söyləyib: “Saakaşvilinin dövründə kimsə Azərbaycan sərhədinə gəlib dağın başından bizi təhqir etmirdi. Bütün bunlar indi yaşanır.
Mixail Saakaşvili prezidentlikdən getdikdən sonra da dəfələrlə Bakıda olub, müxtəlif konfranslarda iştirak edib. Saakaşvilini xanımı da Bakıya gəlib, kitabının təqdimatını keçirib. Saakaşvili Putinin əsas düşmənlərindən sayılır. Ancaq Putin istəyir deyə Sakaşviliyə Azərbaycanın qapılarının bağlanması da yanlış olardı. Kremlin Azərbaycanın daxili işlərinə qarışmağa, Bakıya kimi çağırıb, kimi çağırmamaq kimi “tövsiyyə” verməyə haqqı yoxdur. Torpaqlarımızı işğal edən, Xocalı soyqrımını törədən erməni rəsmilərin Moskvaya mütəmadi dəvətləri bizim də xoşumuza gəlmir. Ancaq bizdən kimsə buna görə Rusiyaya mesaj göndərmir ki, “onu qəbul etməyin”. Odur ki, Saakaşvili də rahatlıqla Bakıya gəlmək imkanına malik olmalıdır. Kremlin qanunsuz istəyini bir dəfə yerinə yetirsək, iştahının və növbəti “istəklərinin” sayı artacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB