Təhsil naziri: “Bu gün heç kəs Azərbaycan müəlliminin, təhsilinin üzərinə kölgə sala bilməz”

Təhsil naziri: “Bu gün heç kəs Azərbaycan müəlliminin, təhsilinin üzərinə kölgə sala bilməz”
"Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası müstəqilliyinin 20 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu qərarı çox yüksək qiymətləndirirəm. Azərbaycan 20 il ərzində uğurlu inkişaf yolu keçib. Bu inkişafın təməli Heydər Əliyev tərəfindən qoyulub. Son illərin inkişafı isə Prezident İlham Əliyevin apardığı siyasətin nəticədir. Bu gün bütün dünya Azərbaycanda görülən işləri təbliğ edir. 20 il ərzində Azərbaycanın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də çox işlər görülüb". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, bu illər ərzində 2 mindən çox orta məktəb binası tikilib, bütün ali əhsil müəssisələrinin binaları əsaslı təmir olunub və yenidən qurulub. 20 il ərzində Azərbaycan təhsil işçilərinin Milli Təhsil Sisteminin əsasını qoyduğunu deyən nazir qeyd edib ki, bundan əlavə, hüquqi-normativ baza yaradılıb. Onun sözlərinə görə, bütün bunlarla yanaşı 20 il ərzində Azərbaycanın ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün milli dərsliklər yaranıb və pulsuz olaraq Azərbaycan şagirdlərinə çatdırılıb. Nazir vurğulayıb ki, Azərbaycan milli əlifbaya keçərkən təhsil ciddi çətinliklərlə qarşılaşıb, ancaq bütün bunlara baxmayaraq qısa zamanda bütün məktəbləri və kitabxanaları kifayət qədər yeni əlifba ilə çap olunan dərsliklərlə təmin edilib.

"Bu işlərə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanıb və bu gün işlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində uğurla davam etdirilir. Bu işlərin görülməsində Mehriban Əliyevanın da çox böyük əməyi olub. Amma təbii ki, əsas yük müəllim və tədris işçilərinin üzərinə düşür. Bu gün 200 minə yaxın Azərbaycan müəllimlərinin içərisində çox yüksək biliyə malik olanlar var və biz onlarla fəxr edirik. Bu gün heç kəs Azərbaycan müəlliminin, təhsilinin üzərinə kölgə sala bilməz. Çünki millət nəyə qadirdisə, o ilk növbədə müəllimə, təhsilə borcludur. Əslində bu ulu öndər Heydər Əliyevin sözləridir. Bütün bu işlərlə yanaşı biz təhsil işçiləri arxayınlaşa bilmərik. Qarşıda bizi daha ciddi vəzifələr gözləyir. Hörmətli prezidentimiz Azərbaycan müəllimi, təhsil işçilərindən daha keyfiyyətli təhsil mühiti yaratmaq vəzifəsini tələb edir. Ona görə də Azərbaycan müəllimləri, təhsil işçiləri, Bakı şəhər Təhsil İdarəsi bütün problemləri araşdıraraq onları müəyyənləşdirməli, həlli yollarını axtarıb tapmalı və Azərbaycan təhsilini dünyanın ən yüksək ölkələrindəki təhsil səviyyəsinə çatdırmağı nəzərə alınmalı və bu səviyyəyə çalışmalıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə