"Beynəlxalq yarışlar Azərbaycanı dünyada daha çox tanıdır" AÇIQLAMA- RƏY

"Beynəlxalq yarışlar Azərbaycanı dünyada daha çox tanıdır" AÇIQLAMA- RƏY

"Formula 1" kimi dünya miqyaslı bir yarışın Azərbaycanda keçirilməsi birinci növbədə ölkəmizin sabit, stabil, təhlükəsiz bir ölkə kimi qəbul etdiklərinə əsaslanır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Millət vəkili bildirib ki, "Formula 1" yarışmasını dünyada milyonlarla izləyici izləyir, onların bir hissəsi isə yarışı canlı izləmək uçün Bakıya gəlirlər: "Gələn tamaşaçılar, turistlər paytaxtımız Bakı şəhəri və bölgələrimiz ilə tanış olur və öz vətənlərinə qayıdarkən dostları və tanışlarına ölkəmiz haqqında geniş məlumat verirlər. Xidmət təşkilatları turistlərə göstərdikləri xidmətlərə görə xeyli vəsait əldə edirlər ki, bu da nəticədə gəlirlərimiz artmasına səbəb olur".

E.Səlimov qeyd edib ki, belə yarışların Azərbaycanda keçirilməsi nəticəsində ölkəmiz dünyada daha çox tanınır: "Bundan yaxşı nə ola bilər ki? Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. İllər keçdikcə əldə etdiyimiz uğurların sayı daha da çoxalacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə