Ermənistana məxsus Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri bu gün brifinqdə baş nazir Nikol Paşinyana İrəvan Dövlət Universitetinin məzunlarına 3 dil bilməsi və minimum 3 il təcrübəsinin olması barədə tələblərini xatırladarkən onun komandasından olan deputatların və hakimiyyət nümayəndələrinin belə bilik və təcrübəyə sahib olub-olmaması barədə sual ünvanlayıblar. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytında informasiya yer alıb.

Sözügedən saytda qeyd olunur ki, jurnalilstlər, məsələn Eduard Ağacanyan və Ararat vilayətinin qubernatoru Qarik Sarkisyandan razısınızmi soruşaraq sualı konkretləşdiriblər. Baş nazir isə jurnalistlərə cavab verərkən, mən niyə razı olmamalıyam, sualını verib.

Jurnalistin, məsələn, Eduard Ağacanyanın idarəetmə sistemində təcrübəsinin olmaması, bu vaxta qədər Dj olması barədə iradına Nikol Paşinyan belə cavab verib: "Məgər Dj olmaq xəcalətdirmi? Eduard Ağacanyan Monakoda universiteti bitirib, Qarik Sarkisyan demokratik yolla icma rəhbəri seçilib, hansı ki, onilliklər boyu buna bənzər ölkədə olmayıb. Problem nədədir ki?"

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə